Select Page

Müğənni Rəvan Qarayevin eks-həyat yoldaşı Günayla qalmaqalı səngimək bilmir.Bu dəfə işə sənətçinin müğənni atası Elşad Qarayev qarışıb. O, “Hər şey daxil” verilişinə açıqlamasında nəvəsinin mənəvi sarsıntı keçirməsi ilə bağlı polisə şikayət edən eks-gəlini Günayın ittihamlarına cavab verib:

“Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda yalnız onlara aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu məqamlardakl tərbiyəsiz səs yazıları var.

Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki? Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm”.Qeyd edək ki, bu, Rəvanın ikinci evliliyi idi. Müğənni Günaydan 2017-ci ildə boşanıb. Onların bir övladı var.

Xatırladaq ki, Günay keçmiş əri haqda “Gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim? Efirdə qızımla hər gün danışıram, onu gəzdirirəm deməsi absurddur. Xalidəni telefonda bloka atıb, onunla danışmır, bir dəfə də olsun bağçasına gəlməyib. Hətta ad gününə də gəlmədi…  Daha Ətraflı

Oxşar xəbər: Deputat Siyavuş Novruzov müğənni Afaq Aslanla fotosundan danışdı