Select Page
AFRİN ÜÇÜN “HƏLƏB TAKTİKASI” –“Zeytun budağı” haqda 14 səhifəlik hesabatda nələr var?

2016-cı ilin sonunda Hələbdə rejimin mühasirəsi altında olan bir “cib”də sıxışan suriyalı silahlı müxalif qrupların buradan avtobuslarla evakuasiya edilməsi üsulu Afrin hərəkatının şəhər mərkəzinə yönəlik ikinci mərhələsinin başlaması halında, qan tökülməsini önləyəcək çıxış yolu ola bilərmi?

Türkiyənin hörmətli düşüncə qurumu olan İqtisadiyyat və Xarici Siyasət Araşdırma Mərkəzinin (İXAM) “Zeytun budağı” hərəkatı haqqında hazırladığı 14 səhifəlik hesabat bu seçimin itkiləri ən aşağı səviyyəyə endirəcəyini, eyni zamanda Türkiyə ilə ABŞ arasındakı əlaqələrin içinə girdiyi böhranın önünün açıla bilməsində açar rolu oynayacağı tezisini ortaya qoyur.

AFRİN ÜÇÜN “HƏLƏB TAKTİKASI” –"Zeytun budağı" haqda 14 səhifəlik hesabatda nələr var?

AFRİN ÜÇÜN “HƏLƏB TAKTİKASI” –”Zeytun budağı” haqda 14 səhifəlik hesabatda nələr var?

Oxşar xəbər: Türkiyə üçün Afrin təhlükəsi – Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi?

Cəmisi 14 səhifə olan bu detallı hesabat, İXAM-ın diplomat əsilli başqanı Sinan Ülgen ilə Hərbi Akademiyaların Strateji Araşdırmalar İnstitutunda doktorluq dissertasiyası müdafiə edən, müdafiə təhlilçisi Can Kasapoğlu tərəfindən birgə qələmə alınıb.

Hesabatın böyük bir hissəsi hərəkatın ilk iki həftəsindəki hava və quru mərhələlərinin texniki dəyərləndirilməsinə ayrılıb. Hesabat, öncəliklə Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkatın ilk günü döyüş təyyarələri inventarının ¼-ni havaya qaldırdığına diqqət çəkərək, bunun son dövrdə transsərhəd hərəkatlarındakı ən yüksək səviyyə olduğunu vurğulayır.     Ətraflı