Select Page

Son günlər cəbhə bölgəsində gərginliyin artması, Azərbaycan ordusunun bir-birinin ardınca irimiqyaslı hərbi təlimlər keçirməsi sanki yeni müharibənin yaxınlaşdığından xəbər verir. Aprel zəfəri sübut etdi ki, Ermənistan ordusu Azərbaycana müqavimət göstərə biləcək  qüvvəyə malik deyil. Hərbçilərimiz cəmi 3 gün ərzində bir neçə strateji məntəqəni işğaldan azad etdi. Nəzərə almaq  lazımdır ki, son 3 ildə ordumuzun arsenalı müxtəlif növ silahlarla daha da zənginləşib. Ekspertlər hesab edir ki, bu dəfə mümkün müharibənin Ermənistan üçün fəsadları daha acınacaqlı olacaq. Əslində İrəvanı acınacaqlı vəziyyətə aprel döyüşlərində də salmaq olardı. Əgər xarici qüvvələr müdaxilə edib, erməniləri xilas etmək istəməsəydilər. O zaman həqiqətən İrəvanda hal qalmayacaqdı… 

Görəsən bu dəfə mümkün müharibə zamanı rəsmi Bakı beynəlxalq qüvvələrin təzyiqini neytrallaşdıra biləcəkmi?

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Redaktor.az-a danışıb.

Politoloq hesab edir ki, Azərbaycan Ordusu daha böyük hücumla erməniləri sülhə məcbur etməlidir:

“Aprel döyüşləri zamanı bizim belə bir şansımız var idi. Amma bu, mümkün olmadı. Çünki Aprel savaşının davam etməməsi üçün, Azərbaycana açığını desək, sadəcə bir istiqamətdən- şimaldan təzyiqlər oldu. Nə ABŞ, nə Fransa, nə də beynəlxalq təşkilatlar Azərbaycana təzyiq etdi. Əgər təzyiq olsa idi belə, Azərbaycan onu neytrallaşdıra bilərdi. Ancaq olan təzyiqləri artıq Azərbaycan neytrallaşdırmağı bacarmalıdır. Çünki Aprel döyüşləri zamanı ruslar Azərbaycana verdiyi vədə, üstündən 3 il keçməsinə baxmayarq, hələ də əməl etməyib. Yəni danışıqların sürətləndirilməsi prosesi baş tutmayıb, Qarabağ ətrafında bir rayon belə azad olunmayıb. Ona görə də biz bütün imkanlarımızı səfərbər edərək, qərar verməliyik”. Daha Ətraflı

Oxşar xəbər: SON DƏQİQƏ: Səlim Müslümov yeni vəzifəyə TƏYİN OLUNDU