Select Page
Azərbaycana qarşı daha bir xain addım: Gürcü generalları ermənilərlə…

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımının iştirakçısı Mixail Avaqyana qoyduqları abidə bütün etirazlara rəğmən hələ də “ayaq üstədir”. Hər iki ölkənin ictimaiyyəti ciddi etirazdan sonra abidənin söküləcəyini gözlədiyi bir vaxtda Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna zidd olan daha bir hadisə baş verdi.

Yanvarın 28-də Ermənistanın Gürcüstandakı səfirliyi işğalçı ölkənin silahlı qüvvələrinin 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Ermənistan səfirliyinin belə bir qəbul keçirməsi ilk baxışda normal görünür, lakin gözdən yayınmayan bir sıra nüanslar var:

a) Gürcüstanın müdafiə naziri Levan İzoriya, onun birinci müavini Lela Çikovani, Baş qərargah rəisi David Tevzadze, müdafiə nazirinin məsləhətçisi, general-leytenant Enriko Apriamov rəsmi qəbula qatılanlar arasında idi. Bu, Gürcüstanın hərbi rəhbərliyinin tam heyəti deməkdir.

b) Rəsmi qəbul Ermənistan səfirliyinin binasında yox, Gürcüstan Parlamentinin kitabxanasında keçirilib. Kitabxana Gürcüstan parlamentinin rəsmi strukturu sayılır. Hazırda Gürcüstan parlamentinin binası Kutaisi şəhərindədir. Bu baxımdan, parlamentin kitabxanası paytaxt Tbilisidə qanunverici orqanın yeganə strukturu olaraq fəaliyyət göstərir.

c) Qəbulda Gürcüstan parlamentinin erməni deputatları ilə yanaşı, I Qarabağ müharibəsində iştirak etmiş və əli azərbaycanlıların qanına batmış erməni döyüşçülər də iştirak edib.

Gürcüstanın müdafiə naziri Levan İzoriya da erməni döyüşçülərin qarşısında çıxış edərək, “hərbi əməkdaşlığın iki ölkənin və regional təhlükəsizliyin xeyrinə olduğunu”, “iki ölkə arasında hərbi münasibətlərin dərinləşdiriləcəyini” vurğulayıb və Ermənistan silahlı qüvvələrinin yaradılmasının 27-ci ildönümünü şampan və tortla qeyd edib (fotoda bu açıq şəkildə görünür). Gürcü nazirin təmtəraqlı ifadələrlə təbrik etdiyi Ermənistan ordusu 1992-ci ilin 28 yanvarında yaradılıb və bir ay sonra – fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımını həyata keçirib. Qəbulda iştirak edən erməni döyüşçülərin də Xocalı soyqırımında iştirak etdiyi və bunun Levan İzoriyanın da bildiyi şübhəsizdir.      Daha ətraflı