Select Page

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyilə əlaqə saxladıq. 

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir.

***12:41

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən BAKU.WS-ə bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Hadisə haqqında əlavə məlumat verəcəyik. Daha Ətraflı

Oxşar xəbər: İrəvandan Türkiyəyə təyyarə reysi baş tutdu — Türkiyə hökuməti HƏLƏ DƏ SUSUR