Select Page

Tanınmış fitnes ustası Kamil Zeynallı AZXEBER.COM-a geniş müsahibə verib. İdmançı videomüsahibədə bir çox məsələlərə toxunub.

O son zamanların ən çox müzakirə olunan məsələlərindən olan “hacı”lardan da danışıb.Kamil hacıları kəskin tənqid edib:  “Özləri bilirlər həcilər nədirlər? İnan Allaha, özləri güzgüyə baxırlar və görürlər ki, həci adı onlara yaraşmır.Sadəcə gedirlər. Yaxşı edirlər. Allahın evidir. Hər müsəlmanın borcudur getmək. Amma Azərbaycanda həcilərin 90%-i “maşennik”, yalançı, alkaş, oğru, “bandit”dir”.

Kamil müsahibədə həbsxanaya düşməsindən də danışıb: “Hər yerin öz qayda-qanunu var. İnsan hansı mühitə düşdüsə, oranın qayda-qanununa riayət etməlidir. Türmədə yaxşı oğlanlar var, onların da qoyduğu qanunlar var. Kamil həyat yoldaşı Gülay Zeynallı ilə münasibətlərindən də danışıb: “Gülayla bir Göyçayda qonşu olmuşuq.

O məni efirdə görüb, mən də həmçinin. Aramızda xırda şeylər üstündə də mübahisələr düşür. Kamil deyib ki, sosial şəbəkələrdə xüsusən youtube-də söyüş yazanların 80%-i kişi deyil: “Kiminsə başı üçün deyil ki, Gülaya artıq-əskik nəsə yazsın. Nəinki öz heç nəsillərinin də başı üçün deyil bunu etmək”.

Müsahibəni təqdim edirik: