Select Page

Rusiyada “Avtoyol” (“Avtodor”) dövlət şirkətinin keçmiş rəhbəri, bu günlərdə barəsində cinayət işi qaldırılan Sergey Kelbaxın işi üzrə sensasion detallar ortaya çıxıb.

Moskvanın Basmannıy rayon məhkəməsinin çıxardığı qətnaməyə əsasən azərbaycanlı oliqarx-milyarder Araz Ağalarovun “Crocus İnternational” şirkəti “Avtoyol”-dan Moskva ətrafındakı Mərkəzi Dairəvi Avtomobil Yolunun tikintisi üçün aldığı 14.6 milyard rublu yol tikintisi üçün deyil, depozit hesablarında yerləşdirmək üçün istifadə edib.

Xəbər verildiyi kimi Kelbax vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır. Hazırda o, “Rusiya Dəmir Yolları” QSC-nin rəhbərinin müşaviridir. Kelbaxa qarşı irəli sürülmüş ittihamın epizodlarından birinə əsasən o, dövlət büdcəsindən “Avtoyol”a ayrılmış vəsaitin 2 milyard rublunu 2017-ci ildə “Crocus İnternational” şirkətinə “qanunsuz olaraq” əlavə avans şəklində ödəyib. Beləliklə də o, Mərkəzi Dairəvi Yolun tikintisi üçün 2014-2018-ci illərdə ayrılmış büdcə vəsaitlərini qanunsuz istifadə edib, 2014-cü ildə “Crocus İnternational” şirkəti ilə bağlanmış uzunmüddətli investisiya razılaşmasının yerinə yetirilməsi prosesində öz səlahiyyətlərindən sui-istifadəyə yol verib.

Ağalarovun şirkəti 2015-ci ildə Mərkəzi Dairəvi Yolun tikintisi layihəsində əvvəlki podratçını-“Stroyqazkonsaltinq” şirkətini əvəzləyib. Çünki bu şirkət tenderi udsa da heç bir iş görməmişdi. “Crocus” şirkətinə isə 49 kilometrlik yolun tikintisi üçün cəmi 48 milyard rubl ayrılıb. Hazırda yolun tikintisi davam edir. Daha Ətraflı

Oxşar xəbər: Toyuna 1 gün qalmış nişanlısını hamamda… – Qan donduran olay