Select Page
 “Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayırıq”

İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.

AzEnglishNews.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri deyib.

O bildirib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsələlərinin həll olunmasını istəyir.