Select Page

“Yemək və beyin” bestselleri dünyanın otuz dilinə tərcümə edilən məşhur dietoloq Devid Perlmutter düzgün qidalanmanı təbliğ edən mütəxəssis kimi tanınır.

Milli.Az məşhur dietoloqun uzun ömürlülüyün sirləri haqqında Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir.

– Alzheymer xəstəliyinin səbəbləri kimi qidalanma göstərilir. Bu yanaşma nə dərəcədə doğrudur?

– İrəliləyən xəstəlik haqqında ilk dəfə XX əsrin əvvələrində danışmağa başladılar. Yeri gəlmişkən bu, qəfil otrtaya çıxan genetik mutasiya, genlərimizin və ya DNT-nin dəyişməsi deyil. Beyin fəaliyyətinə təsir edən bir çox xarici faktorlar var.

– Məsələn, qida kimi?

– Bəli, qida çox vacib rol oynayır. Eyni zamanda hərəkətsiz həyat tərzi. Bu iki amil nə Amerikada, nə də Rusiyada, nə də dünyada heç bir dərmanı olmayan xəstəliyin inkişafında həlledici rol oynayır. Əksəriyyətimiz o ümidlə yaşayırıq ki, hər istədiyimiz yemək, istədiyimiz kimi yaşamaq və yaranmış sağlamlıq problemini sehrli bir həb ilə həll etmək olar. Amma alzheymer xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər haqqında düşünməyə dəyər. Xəstələrin təxminən 5 faizinə bu xəstəlik genetik ötürülüb, qalan 95 faizinə qeyri-sağlam qidalanma, yuxusuzluq, stress və hərəkətsiz həyat tərzi kimi faktorlar təsir edib.

– Profilaktika dedikdə qlütensiz qidalar nəzərdə tutulur?

– Mütləq deyil, amma bu, xüsusi hallarda aktualdır, məsələn, diqqət pozğunluğu və ya autizm kimi hallarda. Alzheymerə gəldikdə burada əsas rolu karbohidratlar və şəkər oynayır, onlar beyinə daha çox zərər verir. Odur ki, seçim sizindir. İş ondadır ki, insanlar həyatı boyu elə düşünüb ki, onların sağlamlığını yaxşılaşdırmaq həkimlərin vəzifəsidir. Halbuki, taleyimizi özümüz yazırıq və bizə özümüzdən daha yaxşı heç bir həkim kömək edə bilməz.

– Kitablar və sağlam qidalanma proqramları həddən artıq çoxdur. Bu müxtəliflikdə doğru yolu necə təyin etməli?

– İlk növbədə seçilmiş sxem elmi əsaslara söykənməlidir. Tədqiqatlar aydın şəkildə göstərir ki, şəkərin qanda artması beyni məhvə aparır. Daha Ətraflı

Oxşar xəbər: Almaniyada əylənmək üçün 85 nəfəri öldürən tibb işçisinə hökm oxundu