Select Page

Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətin əsas ağırlıq mərkəzi Azərbaycanın iki əsas nazirliyinin – Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin üzərinə düşür.

Son günlərdə Azərbaycanın bu iki vacib strukturuna rəhbərlik edən şəxslərin diqqət çəkən bəyanatları oldu.

Son bəyanatlarla bağlı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Redaktor.az-a müsahibəsini təqdim edirik:

– Son vaxtlar istər ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən səsləndirilən bəyanatlarda, istərsə də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışlarında “xalqların sülhə hazırlanması”ndan söz açılır. “Xalqları sülhə hazırlamaq” prosesi niyə Bakıdan başlayıb?

–  Qarabağ probleminin əsasında yaranmış qurumda belə çağırışların gündəmə gətirilməsi yalnız ictimai rəyi müəyyən mənada çaşdırmağa, əsas real problemləri müzakirə etməyin əvəzinə hansısa qeyri-ciddi və mənasız mövzuları ortalığa atmağa hesablanıb. Doğrudur, xalqları sülhə hazırlamaq şüarı çox yaxşı şüardır. Ancaq onu nə vaxt və hansı şəraitdə səsləndirilməsi əsasdır. Xalqları sülhə hazırlamağa konfliktə son qoymaq üçün siyasi qərar mövcud olanda, hansısa bir razılıq artıq əldə olunanda, yalnız ictimai rəy sülh müqaviləsinin əsas bəndləri ilə razılaşmayanda başlamaq olar. Yəni, bu şəraitdə hər iki tərəf öz xalqlarını sülhə hazırlamaqla bağlı öhdəlik götürə bilər. Ancaq ortada belə bir razılıq, sülh müqaviləsi yoxdursa, cəmiyyəti nəyə hazırlayırlar?! Daha Ətraflı

Oxşar xəbər: İmamoğlu azərbaycanlıların adını NİYƏ ÇƏKMƏDİ? – Qərbi sevindirən NƏTİCƏ