Select Page
Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun Trend-ə müsahibəsi

– Eldar müəllim, təmsil etdiyiniz qurum bu gün dövlətimizi və xalqımızı çox narahat edən kifayət qədər ciddi bir problemin həlli ilə məşğuldur. Öncə Dövlət Komissiyasının 2017-ci il ərzindəki fəaliyyəti, beynəlxalq əməkdaşlıq, görüşlər və müzakirələrlə bağlı məlumat verməyinizi xahiş edirik.

– Ermənistanın ölkəmizə qarşı ərazi iddialı hərbi təcavüzü ilə başlayan Dağlıq Qarabağ münaqişəsi Azərbaycana ağır humanitar problemlər gətirdi. Respublikamız hələ də bu problemdən əziyyət çəkir. Humanitar problem etnik təmizləmənin aparılması, insanların əsir-girov götürülərək saxlanması və itkin düşərək sonrakı taleyinin qaranlıq qalması ilə müşayiət olunur. Münaqişənin başladığı ilk dövrdə çox sayda vətəndaşımız əsir və girov götürülmüş, itkin düşmüşdü. O dövrdə yaranmış humanitar problemin həll edilməsi üçün 1993-cü ilin yanvar ayında mərkəzləşmiş dövlət qurumu – Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldı.

Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir

Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir

Artıq 25 ildir fəaliyyət göstərən Dövlət Komissiyası və İşçi qrupu 2017-ci il ərzində qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib. İl ərzində Komissiya əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların sayının dəqiqləşdirilməsi, əsir və itkin düşmüş vətəndaşlarımızın azad edilməsi, axtarış-araşdırma tədbirləri, vətəndaşlarla iş və bioloji nümunələrin toplanması istiqamətində işlərini davam etdirib.

Oxşar xəbər: Parisdə Dilqəm və Şahbaza görə etiraz aksiyası keçirilib

Komissiya, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi və dünya (o cümlədən ölkə) ictimaiyyətinin məlumatlandırılması ilə bağlı tədbirlər həyata keçirib, beynəlxalq əməkdaşlıq çərçivəsində görüşlər və müzakirələr aparıb. Bundan əlavə, Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitab və DVD-lər nəşr edilərək respublikamızda və xarici ölkələrdə yayılıb, bir sıra konfranslar təşkil edilib və bu xarakterli tədbirlərdə təmsilçilik həyata keçirilib.

İlin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb. Komissiya sədri Mədət Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insident zamanı şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib. O, şəhid əsgərin meyitinin qaytarılmamasını Ermənistan tərəfindən Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.     Ətraflı