Select Page
Erməni millət vəkili parlamentdə od püskürdü: “Qarabağın qaytarılması…”

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan Qarabağ münaqişəsinin həllinə dair gedən proseslərə münasibət bildirib.

AzEnglishNews.com publika.az-a istinadən xəbər verir ki, millət vəkili Qarabağ münaqişəsinin formulunun sülh qarşılığında ərazilərin qaytarılması olmadığını deyib.

Oxşar xəbər: Azərbaycana qarşı daha bir xain addım: Gürcü generalları ermənilərlə…

Zohrabyan həmçinin, respublika parlamentində oturan “yalançı vətənpərvərləri” Qarabağ münaqişəsi barədə danışmamağa çağırıb. O bildirib ki, Ebola virusu kimi ölkəyə yayılan müxtəlif siyasi-analitik klubların vətənpərvər və aktiv fəaliyyəti onda ikrah hissi doğurur.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvar ayında Parisdə görüşüb və xalqların sülhə hazırlanması prosesi ilə bağlı razılıq əldə ediblər. Bundan başqa, 2019-cu il başlayandan bəri Qarabağ münaqişəsinin həllinə dair proseslər ölü nöqtədən çıxıb. Tərəflərin münaqişənin həllində aktiv rolu nəzərə çarpır.