Select Page

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report”un məlumatına görə, Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verən qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Daha bir nəfər ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.