Select Page

Rusiyada yaxın vaxtlarda İrandan gələcək qaçqınlar üçün kazarmalar tikilməlidir

Bu fikirləri jurnalistlərə açıqlamasında LDPR-in lideri Vladimir Jirinovski deyib:

“On il qabaq mən bu zalda çıxış edərkən demişdim ki, İsrail İrana zərbə endirmək üçün qərar qəbul edib. Bu qərarın yerinə yetirilməsi başlanılıb. Təkcə hərbi gəmilər deyil, həmçinin, 120 mindən ibarət ordu hərəkətə keçib”.

Onun sözlərinə görə, lazımi tədbirləri hələ on il əvvəl görmək lazım idi, çünki İrandakı münaqişə Rusiyaya da təhdiddir.

“Bu, birbaşa bizim sərhədimizdədir, bu Xəzərdir, Azərbaycan, Yerevan – hər şey dağılacaq. Milyonlarla qaçqın hər şeyi məhv edəcək… Gəlin, tez bir zamanda qaçqınlar üçün kazarmalar tikək. On il müddətində bir neçə milyon qaçqın üçün kazarma tikə bilərdik, bəs indi nə edəcəyik? Bu qaçqınlar hara gələcək? Onlar Yerevan, Bakı, Tbilisini əzəcək, daha sonra Şimali Qafqaz gedəcək. Sonra Həştərxan, Volqoqrad və Şimali Asiya”, – Jirinovski proqnozlaşdırıb.

Oxu.az