Select Page
Paşinyanın tək çıxış yolu var, o da… – Sarkisyandan XƏBƏRDARLIQ

Nikol Paşinyan dövlət qarşısında duran çağırışlara sinə gərmək iqtidarında deyil.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın hakim olduğu Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, tək çıxış yolu Paşinyanın istefasıdır.

Oxşar xəbər: Erməni millət vəkili parlamentdə od püskürdü: “Qarabağın qaytarılması…”

“Hakimiyyət, xüsusən dövlət oyuncaq deyil, onda gəzmək üçün ruh lazımdır. Bütün bunların davamı halında, yalnız bir çıxış yolu var. Və bu çıxış yolu Nikolun istefasıdır”, – partiyanın sözçüsü deyib.

Qeyd edək ki, Respublika Partiyasının lideri keçmiş prezident və baş nazir Serj Sarkisyandır.