Select Page

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə silsilə sosial islahatlar həyata keçirilir. Artıq bir ildən çoxdur davam edən islahatlar əhalinin sosial rifahının gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına, sahibkarlığın inkişafına önəmli töhfələr verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Oxu.Az-ın bu və digər məsələlər barədə suallarını cavablandırıb:

– Anar müəllim, əvvəlcə pensiya mövzusuna toxunaq. Minimum pensiya məbləğinin artırılması neçə nəfəri əhatə edəcək?

– Bildiyiniz kimi, ölkəmizdə ardıcıl şəkildə sosial islahatlar aparılır. İlin əvvəlində bu islahatların ilkin mərhələsi baş tutdu və minimum pensiya 160 manata kimi qaldırıldı. Bu islahat təqribən 233 min pensiyaçını əhatə etdi. Hazırda cənab Prezident İlham Əliyevin imzaladığı böyük islahat paketi nəticəsində ilin əvvəlindəki mərhələ ilə birlikdə pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək.

– Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bildirmişdi ki, yeni pensiya konsepsiyasında özəl pensiya fondlarının yaradılması məsələsi yer alıb. Daha Ətraflı

Oxşar xəbər: “Səhərə kimi sekslə məşğul olurlar, səslərindən yata bilmirik” – ŞOK İDDİA