Select Page

Türkiyəli mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, Avropada qadınların cəmi 3-5 faizi ərlərindən narazı qalırlar. Türkiyədə qadınların 69 faizi, Azərbaycanda isə 79 faizi ərləri ilə seksdən narazıdırlar. Bu problem çox vaxt xəyanətlərə və boşanmalara səbəb olur. Niyə cəmiyyətimizdə kişi və qadınlar cinsi istəklərini bir-birləri ilə paylaşmırlar? 

Metbuat.az məsələ ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrənib.

“Bəzi psixoloqlar bu barədə danışmağa çəkinirlər. Çünki fikirlərinin insanlar tərəfindən yanlış anlaşılmasından qorxurlar. Bu gün Azərbaycanda elə şeylər var ki, ört-basdır edirlər üstünü. Halbuki, bunlar qabardılsa, hardasa kişi qadın münasibətlərinə aydınlıq gətiriləcək və bunun nəticəsində insanlar yanlış qərar verməyəcəklər və boşanmalar, xəyanətlər azalacaq. Bizim mentalitetimiz ailədə bəzi məsələləri açıq-aşkar müzakirə etməyə yol vermir. Kişilər bəzən düşünür ki, mən öz xanımıma bunu açıq şəkildə deyə bilmərəm. Ona görə də hər hansı bir istəklərini, cinsi təlabatlarını paylaşmırlar, o fikirləri bir-birinə demirlər. Buna görə də, kişi başlayır başqa qadın axtarmağa. O xanımla ikinci bir həyat yaşayırlar. Əslində kişi bir qadınla həm sevgi, həm cinsi təlabatlarını ödəyə bilirsə, ikinci qadına gərək qalmayacaq”. Daha Ətraflı

Oxşar xəbər: Rövşən Məmmədovdan Prezidentə ŞİKAYƏT: “Onun hegemonluğuna son qoyun…”