Select Page

“Rəsmi İrəvanla separatçı rejim arasında gərginlik artmaqdadır. Çünki İrəvanda yeni hakimiyyətə gəlmiş fiqurlar çox istərdilər ki, separatçı rejimin başqa nümayəndələri onlara loyal olsun”.


Demokrat.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında siyasi şərhçi, sabiq diplomat Fikrət Sadıqov deyib.


Ermənistanda rəsmi İrəvan və Xankəndi arasındakı siyasi münaqişənin son durumu ilə bağlı danışan politoloq bildirib ki, iki siyasi elita arasında qarşıdurma ilk belə hal deyil: 

Image result for fikrət sadıqov


“Hətta Paşinyan hakimiyyətə gələndə çalışıb ki, Xankəndidə Bako Saakyana qarşı aksiyalar keçirsin, sadiq adamlarını ona qarşı qaldırsın və s. Təbii ki, Bako Saakyan keçmiş hakimiyyətin – Serj Sarkisyanın və Robert Koçaryanın adamıdır. Buna görə də Paşinyan çoxdan çalışır ki, onları göndərsin. Lakin Koçaryanın həbsdən azadlığa çıxmasından sonra bu istək ciddiləşməyə başlayıb. Paşinyan başa düşür ki, ona qarşı müəyyən dalğa qalxır. Zənnimcə, bu gərginlik daha da artacaq və baş nazir əlindən gələni edəcək ki, hətta 2020-ci il seçkilərinə qədər Qarabağ klanının rəhbərliyini dəyişdirsin. Hələlik isə Paşinyanın buna gücü yoxdur. Çünki o özü də o qədər möhkəm və stabil deyil. Ona qarşı məhkəmə strukturları tərəfindən müqavimət göstərilir. Digər dövlət strukturları onu dəstəkləmir. Belə getsə, bu qarşıdurma 2020-ci ilə qədər beləcə davam edəcək”. Daha Ətraflı

Oxşar xəbər: Vaqif Sadıqov: Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq