Select Page

Ərazilərin işğaldan azad olunmasında Moskvanın rolu mühümdür.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Valday klubu danışıqlarından gözləntilərə aydınlıq gətirib.

Politoloq hesab edir ki, görüşqabağı Putin bu konvensiyanı təsdiq edərək, ölkəmizlə yeni siyasi danışıqlar aparıb, müəyyən strateji məsələlərdə razılaşmağı planlayır:

“Əvvəla danışıqlarda Azərbaycan baxımından dalana dirənən Qarabağ münaqişəsinin həlli əsas prioritetdir, qalan məsələlər təfərrüatdır. Məhz ərazilərin işğaldan azad olunmasında Moskvanın rolu mühümdür. İşğal altında olan torpaqların azad olunması üçün Rusiyanın hər zaman Azərbaycandan böyük istəkləri olub”.

M. Əsədullazadə vurğulayıb ki, hazırda Ermənistanda və regionda baş verənlər Moskvanın əleyhinədir:

“Ona görə də Putin regionda öz mövqeyini gücləndirmək istiqamətində fəal siyasətə başlayıb. Əgər indiyə qədər, Qarabağ münaqişəsinin həll edilməməsi Moskvanın regionda təsir gücünü artırırdısa, hazırkı vəziyyətdə status-kvonun saxlanması onun geosiyasi maraqlarını təhdid edir. Buna rəğmən Moskva manevrlər edərək, münaqişənin həllində öz mənfəətlərini almağa çalışır. Böyük ehtimalla Soçi görüşündə rəsmi Bakıdan KTMT-yə üzvlük məsələsi istəniləcək. ABŞ-Azərbaycan əlaqələrinə, xüsusilə, Xəzər dənizi üzərindən Əfqanıstana daşınan NATO yüklərinə görə Kremlin bu məsələni qabartması istisna edilmir”.

Politoloq istisna etmir ki, Soçi görüşü Rusiya-Azərbaycan əlaqələrinə dinamika verə, Qarabağ məsələsinin həllində Kremli hərəkətə gələ bilər:

“Təbii ki, bu, aparılan danışıqlardan aydın olacaq. Rusiya Xəzər dənizində- Azərbaycanın cənub istiqamətində Yaxın Şərqdən təhlükələrə, xüsusilə İran amilinə görə kiçik hərbi baza yaratmaq istəyir. Rəsmi Bakının buna icazəsi mümkün deyil. Çünki bu olsa, Azərbaycan ABŞ-ın ciddi təzyiqləri ilə üzləşər”.

M. Əsədullazadə qeyd edib ki, Rusiya regionda yeni kartları işə salıb:

“Buraya Qarabağ münaqişəsinin qismən həlli daxil olmaqla ( təbii ki, Azərbaycandan istədiklərini almaq şərti ilə) Ermənistanla bağlı strategiya var. Azərbaycanla anlaşa bilsə, Moskva Qərbi regiondan çıxara biləcək”.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu barədə yekun Konvensiyanı Rusiya prezidenti Vladimir Putin imzalayaraq təsdiq etdi. Soçidə “Valday klubu” çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçiriləcək.

Mənbə: Redaktor.az