Select Page
Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov “Yeni Müsavat”a geniş müsahibə verib.
Bakupost həmin müsahibəni təqdim edir:
– Səməd bəy, ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaq qərarı erməniləri kifayət qədər narahat edib. Vaşinqtonun Azərbaycanla bağlı qərarına müxtəlif prizmalardan yanaşılır. Sizdəki məlumat və ehtimallar nədən ibarətdir?
– Bu, sadəcə, hansısa bir cizgi deyil. Bu, ermənilərin uzun illər beynəlxalq səviyyədə apardığı siyasətin yavaş-yavaş iflasa uğramasının cizgiləridir. Yəqin ki, siz bilirsiniz, biz bir müddət bundan əvvəl ABŞ-daydıq. ABŞ-da olanda elə məhz Konqresdə Beynəlxalq Əlaqələr Komitəsinin bununla bağlı dinləmələrində iştirak etdik, müzakirələri izlədik. Konqresmenlərlə görüşəndə konkret olaraq bəzi fikirləri də çatdırdıq. O fikirlərdən biri də bundan ibarət idi ki, Ermənistan ABŞ Konqresinə, ümumiyyətlə, ABŞ hökumətinə müraciət edərək Dağlıq Qarabağ üçün onlara pul ayrılmasını istəyib. Bunlar Dağlıq Qarabağda “minadan təmizlənmə işləri üçün” xüsusi yardım istəmişdilər. Yəni bu ad altında, özündə humanitar məqsədi ehtiva edən məsələ kimi müraciət etmişdilər. Sonra isə ermənilər özləri Suriyaya Ermənistan hərbçilərini göndərdilər ki, erməni qoşunları bu ölkədə minadan təmizləmədə – humanitar missiyada iştirak etsinlər. Biz də Amerikada bu sualı qaldırdıq. Amerikanlar da bu sualı qaldırdılar ki, sizin minadan təmizləmə humanitar missiyası ilə bağlı belə imkanlarınız varsa və siz Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə “effektiv şəkildə Dağlıq Qarabağı idarə edirsiniz”sə, ona maliyyə, iqtisadi və bütün başqa yardımları göstərirsinizsə, başqa sözlə desək, işğal etmisinizsə, onda niyə Suriyaya minadan təmizlənmə ilə bağlı hərbçi göndərirsiniz, öz qoşunlarınız elə Qarabağda minadan təmizləməklə məşğul olsunlar da! Amma siz ora hərbi mütəxəssislərinizi ora göndərmirsiniz, ancaq bunun üçün Amerikadan pul istəyirsiniz. Eyni zamanda hərbçilərinizi Rusiya ilə bir yerdə Suriyaya göndərirsiniz. Bu, nə deməkdir? Ora ayırmağa pulunuz varsa, bura niyə vermirsiniz, pulunuz yoxdursa, Amerikadan niyə istəyirsiniz?  Ona görə də hesab edirəm ki, ABŞ Dövlət Departamentində, Konqresində, Ağ Evdə bu məsələləri kifayət qədər başa düşən insanlar əyləşib. Onlar ABŞ-ın maraqlarını çox gözəl başa düşürlər.  Daha Ətraflı

Oxşar xəbər: Nabranda batan uşağın meyiti Rusiyada tapıldı