Select Page

Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında 8-12, Bakıda 9-11 dərəcə isti təşkil edəcək.

Ölkənin bir çox bölgəsinə qar yağıb. Departamentindən bildirilib ki, ayın son ongünüyünə qədər. Təxminən ayın 24-də hava stabilləşəcək.