Select Page
SSRİ-dəki bütün casus siyahısını KQB-yə satan MKİ agenti

Dünyada ən dəhşətli və macəralı casus oyunları SSRİ ilə ABŞ arasında, “soyuq müharibə” dönəmində yaşanıb. Bu macəralı oyunların ən dəhşətlisi isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşı Oldric Emesin həyat yoldaşının zəngin yaşam tərzi sürdürməsi üçün ABŞ-ın SSRİ-dəki agentlərinin siyahısını SSRİ KQB-sinə satması olub. Məhz onun sayəsində KQB SSRİ məkanında Amerikaya casusluq edən yüzlərlə insanı öldürüb.

MKİ-nin bu dəhşətli əməkdaşının fəaliyyətinin ən ilginc hissələrini təqdim edirik:

SSRİ-dəki bütün casus siyahısını KQB-yə satan MKİ agenti

SSRİ-dəki bütün casus siyahısını KQB-yə satan MKİ agenti

Oldric Emes MKİ-nin əks-kəşfiyyatçısı və analitiki. Emes 1962-ci ildə MKİ-nin agentlərinin uşaqları ilə bağlı aşağı səviyyəli işdən bu təşkilatın analitiki səviyyəsinə çatıb. Özünün dediyinə görə, əslində, MKİ əməkdaşlarının azyaşlı uşaqları ilə bağlı işə girdiyində heç də bu idarədə karyera qurmaq niyyətində olmayıb. Məqsədi bu işi vasitəsilə universitetdə oxumasını təmin etmək olub, lakin zamanla MKİ-nin daxili işləri onu cəlb edə bilib.

Oxşar xəbər: Rusiya Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların sayını saxtalaşdırır

Casusun Ankaradakı verbovkası

Universiteti bitirdikdən sonra Emes MKİ-nin Baş Əməliyyat Şöbəsinin əməkdaşı olub. 1969-cu ildə artıq zabit qismində xidmət məqsədilə Ankaraya göndərilib. Türkiyədə əsas işi SSRİ-nin kəşfiyyat əməkdaşlarını verbovka edərək MKİ ilə tellərini yaratmaq olub. Bəzi iddialara görə, Dəniz Gəzmişin otaq yoldaşı sayəsində kommunist təşkilatına sıza bilib. Qız tələbənin gözünü qorxutduqdan sonra 75 dollar qarşılığında bütün gənc kommunist tələbələr haqqında informasiya əldə edib.    Ətraflı