Select Page
Suriyada taxt oyunları: Əsəd ailəsinin daralmış “daxili çevrə”sindəki qaliblər və fərarilər

1971-ci ildə Hafiz Əsədin iqtidara gəlməsindən bəri Suriyada rejiminin üç sütunu hələ də dəyişməz qalıb: BƏƏS partiyası, ələvi azlıq və ordu. Hazırkı Suriya elitası bu üç sütun ətrafında formalaşıb. Piramidanın üst hissəsi “daxili dairə”dir – dövlət başçısına ən etibarlı insanlar qrupu. Qərarların qəbul edilməsində onların təsiri, tutduqları vəzifədən yox, Əsəd ailəsinə üzv olmaq və ya onunla digər xüsusi əlaqələrlə şərtlənir. Bu yaxın çevrədə bir-biri ilə rəqabət apara biləcək qruplar mövcuddur.

Suriyada taxt oyunları: Əsəd ailəsinin daralmış "daxili çevrə"sindəki qaliblər və fərarilər

Suriyada taxt oyunları: Əsəd ailəsinin daralmış “daxili çevrə”sindəki qaliblər və fərarilər

Suriyadakı hərbi münaqişə “daxili dairə”nin strukturunu dəyişdi. Xüsusilə qərar verənlər arasında vətəndaş müharibəsi dövründə yüksəlmiş fiqurlar böyük təsir göstərməyə başladılar. Öz növbəsində, Bəşər Əsədin ətrafındakı digər şəxslər ölkəni tərk etmək və həqiqətdə, müxalifət düşərgəsinə keçmək məcburiyyətində qaldılar.

Oxşar xəbər: “Suriyada müharibə bitib, Əsəd qalibdir, İsrail onun ayağına gedəcək”

Müxalifət düşərgəsinə keçid

Bu, nüfuzlu çərkəz ailəsi olan Talaslara xüsusilə aiddir. Həmin klana Hafiz Əsədin ən yaxın silahdaşlarından biri olan sabiq müdafiə naziri (1972-2004) Mustafa Talas (2017-ci ildə ölüb) başçılıq edib. Hafiz Əsədin ölümündən sonra Suriya elitasının bir hissəsi hakimiyyətin Bəşərin qardaşı Mahirə verilməsinə cəhd göstərdikdə, məhz Mustafa Talas Bəşər Əsədin iqtidara gəlişində həlledici rol oynayıb.     Ətraflı