Select Page

“Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur”.

BAKU.WS xəbər verir ki, bunu tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı Big.az-a müsahibəsi zamanı bildirib. Sərt açıqlamalar verən idmançı onu da bildirib ki, əgər bir gün böyük şirkəti olsa, fiziki qüsurlu şəxsləri işə götürər:

“Türkiyədə oteldə olarkən diqqətimi bir şey çəkdi. Təmizlik işinə baxan qız daun sindiromlu idi. Sakit-sakit işini görürdü. Belə hallara mən Türkiyədə çox rast gəlmişəm. Dünya ölkələrinin bir çoxunda əlliliyi olan şəxsləri cəmiyyətdən təcrid etmirlər . Əksinə onları işə cəlb edirlər. Bu mənim çox xoşuma gəldi və çox da təsirləndirdi.

Kaş dünyada insanların hamısı daun sindiromlu olardı. Bu çox yaxşı olardı. O zaman dünyada cinayət, müharibə, kasıbçılıq, paxıllıq olmazdı.Onların çox gözəl və xoş auraları var. Adama müsbət təsir edir. Lakin bizim ölkədə işə qəbul edən şirkət sahibləri, adətən kişilər belə insanları işçi kimi görmək istəmirlər. Onlar ancaq 30 yaşa qədər olan, qamətli və gözəl xanımları işə götürür.

Heç oğlanları da işə götürmürlər. Niyə? Çünki şəxsi maraqlarını güdürlər. İş adı ilə çağırırlar baxırlar xarici görünüşünə, sonra da axşam zəng edib görüşə dəvət edirlər. İşi qurursansa, kişi kimi qur və idarə et. Bu xarici görünüş sənə nə verəcək? Axı, o sənin işini apara bilməyəcək. Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur. Bunlar işə götürdükləri xanımı həm də şəxsi həyatlarına qatırlar. İş başqa olmalıdır, şəxsi həyat başqa. Belə şərəfsizlər çoxdur. Bəli, işini bu tərzdə quran şirkət sahibləri şərəfsizdir.

Mən bir reklam postuna çəkilmişdim. İki diplomu olmasına baxmayaraq işsiz qalan gəncdən bəhs olunurdu. Bu belələrinə bir ismarıc idi”.